14 
Fev
2020
10:07
25
70
2617
Virtual karabakh

Bu şəxslərdən qanunsuz silahlar götürüldü - FOTO

14 Fev, 2020
10:07
2617

Bu şəxslərdən qanunsuz silahlar götürüldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə uğurlu əməliyyat tədbirləri keçirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. 

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Minkə kənd sakini Səbuhi Həsənovdan “İJ-18”, Aşağı Zərnava kənd sakinləri - Zinhar Allahverdiyevdən “İJ”,  Qədir Adıgözəlovdan “Tula”, Elçin Pənahovdan “TOZ-63”, Yenikənd kənd sakinləri - Bəxtiyar və Sədri Bəbirovların hərəsindən bir ədəd “TOZ-63” markalı müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq, baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri