16 
Fev
2020
18:45
253
23
6001
Virtual karabakh

İki narkotik satıcısı Səbail polisi tərəfindən saxlanıldı

16 Fev, 2020
18:45
6001

İki narkotik satıcısı Səbail polisi tərəfindən saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb. 

DİN-dən Oxu.Az-a verilən məlumata görə, 1986-cı il təvəllüdlü İ.İ-dan 1 kq 285 qram kustar üsulla hazırlanan heroin və digər çəkilərdə fenazpen, fenadiazepin, “Toto” ləqəbli, əvvələr CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş 1975-ci il təvəllüdlü T.Y-dən 82,217 qram kustar üsulla hazırlanan heroin və 50,108 qram metamfetamin aşkar olunaraq götürülüb.  

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri