17 
Fev
2020
04:07
9
211
4508
Virtual karabakh

Ucar sakini heyvanlarını satdığı adamdan pulunu ala bilmir – VIDEO

17 Fev, 2020
04:07
4508

Ucar sakini heyvanlarını satdığı adamdan pulunu ala bilmir – VIDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucar rayonunun Lək kəndi sakini Hafiz İbadov həmyerlisi Tural Hüseynovun ona qarşı dələduzluq etməyindən şikayətlənir.

Oxu.Az xəbər verir ki, 2018-ci ilin dekabrında T.Hüseynov ümumi dəyəri 3250 manat olan 20 baş qoyunu ondan alaraq pulunu 20 günə ödəyəcəyini deyib.

Pulun vaxtında qaytarılacağına isə Hafiz İbadovun öz qaynı Elşən Hüseynov zamin durub.

Lakin o gün bu gün nə puldan xəbər var, nə də qoyunlardan. Zərərçəkən iddia edir ki, Tural Hüseynovun dələduzluq əməli bununla bitmir.

O başqa vətəndaşların da iri və xırda buynuzlu heyvanlarını alaraq pullarını mənimsəyib.

İbadovlar ailəsi faktla bağlı Ucar rayon polis şöbəsinə müraciət ediblər.

Şöbədən isə bildirilib ki, bu əməldə hər hansı dələduzluq faktı olmadığından vətəndaş məhkəməyə müraciət etməlidir.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri