17 
Fev
2020
10:58
12
241
5490
Virtual karabakh

Azərbaycanlı Rusiyada bir ailənin iki üzvünü öldürüb intihar etdi - FOTO/VİDEO

17 Fev, 2020
10:58
5490

Azərbaycanlı Rusiyada bir ailənin iki üzvünü öldürüb intihar etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Kalininqrad şəhərində azərbaycanlı qətl törədib.

Kaliningrad.kp.ru-nun xəbərinə görə, hadisə Professor Baranov küçəsində yerləşən Mərkəzi bazarın avtodayanacağında baş verib.

Meyvə-tərəvəz ticarəti ilə məşğul olan Azərbaycan vətəndaşı - 63 yaşlı Fazil Bəhramov “Vepr” ov karabinindən bazarda alver edənlərə atəş açıb.

Nəticədə Vadim Yanqolenko adlı şəxs ölüb, onun arvadı Darya Yefimova isə ayağından yaralanıb.

Hamilə olan D.Yefimovanın yalvarışlarına baxmayaraq, F.Bəhramov bir güllə də vuraraq qadını öldürüb.

V.Yanqolenko və D.Yefimovanın yaralanan altıncı sinifdə oxuyan oğlu isə qaçaraq canını qurtara bilib.

Qətli törədən F.Bəhramov sonda sinəsinə güllə vuraraq intihar edib. O, xəstəxanada ölüb.

F.Bəhramovun evində aparılan axtarışlar zamanı məktub tapılıb. Məktubda “artıq boğaza yığılmışam”, “qisas” kimi sözlər yazılıb.

Məlum olub ki, D.Yanqolenko ilə F.Bəhramov arasında 2016-cı ildən bazarda yer üstündə konflikt olub. O zaman Yanqolenko Bəhramovu döyüb.

F.Bəhramovun şikayəti əsasında hadisə ilə bağlı cinayət işi açılıb. Məhkəmə qərarına görə, D.Yanqolenko F.Bəhramova təzminat ödəyib və məsələ onların barışması ilə bitib. Bundan sonra onların arasında ünsiyyət olmayıb.

Bazarda işləyənlərin sözlərinə görə, hadisədən bir neçə ay əvvəl F.Bəhramov bazara gələrək Yanqolenko və Yefimova ilə dalaşıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri