17 
Fev
2020
13:25
140
23
3965
Virtual karabakh

Qusarda narkotik əməliyyatı - VİDEO

17 Fev, 2020
13:25
3965

Qusarda narkotik əməliyyatı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri zamanı narkotiklərin satışı ilə məşğul olan rayon sakini, 45 yaşlı Raməddin Aslanov, iki qardaş - Rəşid və Cavid Beybutovlar, həmçinin, narkotik maddələri satıcılardan alan Asim Əmirov saxlanılıblar.

Dindirilmə zamanı Raməddin Aslanov, Rəşid və Cavid Beybutovlar Qusar rayonunda narkotiklərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Polis əməkdaşları tərəfindən R.Aslanova məxsus evə keçirilən baxış zamanı oradan şüşə balonda satış üçün saxlanılan, çəkisi 490 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri