17 
Fev
2020
15:03
240
25
4851
Virtual karabakh

Sumqayıtda 13 bağ evindən oğurluq edən şəxslər saxlanıldı - VİDEO

17 Fev, 2020
15:03
4851

Sumqayıtda 13 bağ evindən oğurluq edən şəxslər saxlanıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda 13 bağ evindən televizor, kombi aparatı, təmir-tikinti alətləri və digər məişət əşyaları oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində şəhər ərazisində yerləşən bağ evlərindən silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.

Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri - Vasif Əzimov, Mehman Mahmudi, Ağdam rayon sakini Şükran Xələfov və Xızı rayon sakini Rza Nəcəfov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma zamanı dəstə üzvlərinin Sumqayıt şəhərində 13 bağ evindən televizor, su qızdırıcı, samovar, generator, kombi aparatı, təmir-tikinti alətləri və digər məişət əşyaları oğurladıqları məlum olub.

Məlumatda qeyd olunur ki, dəstə üzvləri Şükran Xələfovun təklifi ilə oğurluq ediblər. Saxlanılan şəxslər oğurladıqları əşyaları Mehman Mahmudinin avtomobili ilə hadisə yerindən aparıblar.

Faktla bağlı saxlanılan şəxslər barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu şəxslərin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarəsinə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri