19 
Fev
2020
13:46
21
110
8836
Virtual karabakh

Məşhur azərbaycanlı müğənni cinayətin qurbanı oldu

19 Fev, 2020
13:46
8836

Məşhur azərbaycanlı müğənni cinayətin qurbanı oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1988-ci il təvəllüdlü azərbaycanlı məşhur müğənni Rubail Əzimovun avtomobilindən oğurluq olub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Fevralın 18-nə keçən gecə, Bakının Nərimanov rayonu Əziz Əliyev küçəsində naməlum şəxslər müğənninin “Land Rover” markalı avtomobilinin yan şüşəsini sındıraraq, onun salonundan 800 manatdan çox qiyməti olan planşeti oğurlayıblar.

Qeyd edək ki, fevralın 17-nə keçən gecə Bakının Qaradağ rayonu ərazisində oxşar yeddi oğurluq hadisəsi törədilib.

Hələlik bu faktlarla bağlı tutulan yoxdur, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri