20 
Fev
2020
08:40
9
82
1900
Virtual karabakh

Bakıda bir nəfəri döyüb ağır xəsarət yetirdilər

20 Fev, 2020
08:40
1900

Bakıda bir nəfəri döyüb ağır xəsarət yetirdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda - Heydər Əliyev prospektində döyülmə faktı qeydə alınıb.  

Oxu.Az xəbər verir ki, hadisə yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.  

Təxminən, 27-30 yaşlı gənc (şəxsiyyəti hələlik məlum deyil) naməlum şəxs və ya şəxslərlə mübahisə zəminində döyülüb. O, baş və üz nahiyəsindən ağır xəsarət alıb.  

Hadisə yerinə təcili tibbi yardım briqadası və Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları cəlb edilib. Yaralı ilə söhbət zamanı yaddaşında və danışığında problem yarandığı ehtimal edilib. Döyülən şəxs üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirib, bu səbəbdən də onun kimliyini müəyyən etmək mümkün olmayıb.  

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Polis Bölməsinə dəvət olunub.  

Kamil Əmirli 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri