20 
Fev
2020
08:47
8
78
1951
Virtual karabakh

Bakıda mübahisələr qanlı bitdi: İki nəfər bıçaqlandı

20 Fev, 2020
08:47
1951

Bakıda mübahisələr qanlı bitdi: İki nəfər bıçaqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər rayonunda iki bıçaqlanma hadisəsi baş verib.  

Oxu.Az xəbər verir ki, hadisələrdən biri Südçülük sovxozunda qeydə alınıb.  

1995-ci il təvəllüdlü Sadıqov Cavid Sevindik oğlu naməlum şəxslərlə mübahisə edib.  

Əlbəyəxa davaya çevrilən mübahisə zamanı C.Sadıqov qarın nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.  

Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. 

Digər hadisə isə Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində qeydə alınıb.  

Massivdə mühafizəçi işləyən 1980-ci il təvəllüdlü Qayıbov Pənah Şükür oğlu tanımadığı şəxslərlə mübahisə zamanı bədənin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb.  

Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulan P.Qayıbov reanimasiya şöbəsinə yerləşdirilib.  

Hər iki hadisənin təfərrüatı ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. 

Kamil Əmirli

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri