21 
Fev
2020
07:00
8
184
6049
Virtual karabakh

Bakıda dəhşətli hadisə: Piyadanı bir avtomobil vurdu, digəri üstündən keçdi – VİDEO

21 Fev, 2020
07:00
6049

Bakıda dəhşətli hadisə: Piyadanı bir avtomobil vurdu, digəri üstündən keçdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Binəqədi rayonunda dəhşətli hadisə baş verib.

Oxu.Az xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığındakı Bakı-Sumqayıt avtomagistralında təxminən 50-55 yaşlarında kişi yolun ikinci zolağında uzanmış vəziyyətdə olub.

Sumqayıt istiqamətində hərəkətdə olan “Opel” markalı minik avtomobilinin sürücüsü həmin şəxsi yerdə gördüyündən idarəetməni itirərək, avtomobili yolun kənarında yeni qazılan çuxura aşırıb.

Eyni istiqamətdə hərəkətdə olan Toğrul Cəfərli isə idarəetdiyi “BMW” markalı nəqliyyat vasitəsi ilə həmin şəxsin üzərindən keçib.

“BMW”də olan sərnişin İsmayıl Xaspoladovun sözlərinə görə yerə uzanan şəxsi öncə naməlum avtomobil vurubmuş.

Hər halda hadisənin dəqiq səbəbi aparılan araşdırmanın sonunda bəlli olacaq.

Vüqar Ağayev

Tapdıq Afət oğlu

BAKU TV

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri