21 
Fev
2020
12:02
67
17
2313
Virtual karabakh

Bakıda tanışını güllələyən şəxs hakim qarşısına çıxarılır

21 Fev, 2020
12:02
2313

Bakıda tanışını güllələyən şəxs hakim qarşısına çıxarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda tanışını güllələyən Azər Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Oxu.Az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Telman Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 3-nə təyin edilib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silahdan istifadə edilməklə ictimai qaydanı kobud şəkildə pozaraq xuliqanlıq cinayəti törədən və bununla da qəsdən sağlamlığa ağır zərər vuran Salyan rayon sakini, əvvəllər məhkum olunmuş A.Orucov tutulub.

Belə ki, 2019-cu ilin avqust ayının 5-də gecə saatlarında A.Orucov tanışı Ramal Sadıqovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Atatürk prospektinə gəlib, üzərində olan “Vinçester” markalı ov tüfəngindən atəş açıb, paytaxt sakini Ziyadxan Sədiyevə həyat üçün təhlükəli olan ağır bədən xəsarəti yetirərək xuliqanlıq edib. 

Saxlanılan zaman A.Orucov ifadəsində etdiyi cinayəti etiraf edərək, hadisə zamanı istifadə etdiyi odlu silahı Salyan sayonunda Kür çayına atdığını bildirib.

Polis Bölməsində hal şahidlərinin iştirakı ilə A.Orucovun üzərində şəxsi axtarış aparılan zaman ondan şəxsi istehlak miqdarından artıq çəkidə psixotrop maddələr olan metamfetamin və MDMA həbləri aşkar olunaraq götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri