21 
Fev
2020
12:34
13
92
2504
Virtual karabakh

Bakıda 57 yaşlı kişini öldürmək istədilər

21 Fev, 2020
12:34
2504

Bakıda 57 yaşlı kişini öldürmək istədilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər rayonunun Türkan kənd sakini, 57 yaşlı İnqilab Məmmədov qarın və sinəsində çoxsaylı bıçaq yaraları ilə Bakı şəhər 3 nömrəli klinik xəstəxanaya gətirilib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Hələlik kişiyə hücumun fevralın 20-də, saat 17:50 radələrində baş verdiyi məlumdur. Hücum edən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib.

Zərərçəkmişin vəziyyəti ağır olduğu üçün hüquq-mühafizə orqanlarının əməkdaşları hələ onu sorğu-sual etməyiblər.

Cinayət hadisəsi rayon prokurorluğu tərəfindən araşdırılır.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri