25 
Fev
2020
06:52
90
27
3672
Virtual karabakh

Gəncədə qaçırılan avtomobil Mingəçevirdə tapılıb - VİDEO

25 Fev, 2020
06:52
3672

Gəncədə qaçırılan avtomobil Mingəçevirdə tapılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 20-də gecə saatlarında Gəncə şəhərinin Gülüstan qəsəbəsi ərazisindən, şəhər sakini Turan Haciyevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə polisə müraciət daxil olub.

Oxu.Az xəbər verir ki, Nizami rayon polis idarəsinin, Gəncə Şəhər baş polis idarəsinin Cinayət Axtarışı İdarəsinin və baş idarənin Təhlükəsiz Şəhər Xidmətinin bir yerdə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Mingəçevir sakini, 32 yaşlı Məhəmməd Abbasov olduğu müəyyən edilib.

Abbasov şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.

Qeyd edək ki, Abbasov əvvəllər məhbus həyatı yaşayıb.

İndi onun bundan başqa cinayət hadisələrində izinin olub olmaması istiqamətində araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri