26 
Fev
2020
22:23
185
32
6348
Virtual karabakh

Azərbaycanda doqquz il əvvəl qadını amansızlıqla öldürüb qaçan kişi tutuldu

26 Fev, 2020
22:23
6348

Azərbaycanda doqquz il əvvəl qadını amansızlıqla öldürüb qaçan kişi tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada doqquz il əvvəl qətl törədən şəxs saxlanılıb.

Bununla bağlı DİN Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Zaqatala Rayon Polis və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri istintaq əməliyyat-axtarış tədbirləri nəticəsində doqquz il əvvəl qətl törədən şəxs tutulub.

Belə ki, 2011-ci ildə Zaqatala şəhər sakini S.Eyyubovanı yaşadığı evdə bıçaqla qətlə yetirərək hadisə yerindən yayınan şəxsin Gəncə şəhər sakini Polad İsmayılov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri