27 
Fev
2020
10:12
170
21
3197
Virtual karabakh

“Lifttəmir”də baş verən yeyinti faktı ilə bağlı daha bir cinayət işi başlandı

27 Fev, 2020
10:12
3197

“Lifttəmir”də baş verən yeyinti faktı ilə bağlı daha bir cinayət işi başlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Lifttəmir” İstehsalat Birliyində (İB) olan yeyinti faktları ilə bağlı daha bir nəfərə cinayət işi başlanıb.

Oxu.Az xəbər verir ki, İB-də aparılan yoxlamalar zamanı həmin müəssisədə müxtəlif vəzifələrdə çalışmış Taryel Qasımovun külli miqdarda vəsaiti mənimsədiyini ortaya çıxıb.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

T.Qasımovun barəsində aparılan cinayət işinin ibtidai istintaqı başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Qeyd edək ki, bundan əvvəl də “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanov, “Lifttəmir”in vəzifəli şəxsi Əhməd Hüseynovun barəsində cinayət işi məhkəməyə göndərilmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri