17 
Mar
2020
13:21
130
19
3524
Virtual karabakh

Oğurladığı əşyaları onlayn satan şəxs tutuldu - FOTO

17 Mar, 2020
13:21
3524

Oğurladığı əşyaları onlayn satan şəxs tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus “VAZ 2121” markalı avtomobillərin şüşələrini sındıraraq oğurluq edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Kazımov tutulub. 

Ə.Kazımov avtomobillərdən oğurluq edərkən ərazidə olan kameralar vasitəsi ilə onun əməlləri lentə alınıb.

O ifadəsində bildirib ki, oğurladığı əşyaları onlayn alış-veriş saytlarında satışa çıxarıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində ötən ilin dekabrında rayon ərazisində bir qadına qarşı törədilən soyğunçuluq hadisəsinin də üstü açılıb. Belə ki, həmin vaxt naməlum şəxs zərərçəkənin mobil telefonunu əlindən alaraq hadisə yerindən yayınmışdı. Tədbir zamanı həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehdi Zeynalov tutulub.

Qeyd edək ki, hadisə zamanı zərərçəkən qadın yaşadığı yerə getmək üçün olduğu məkana taksi sifariş edib. O, sürücüyə yeri izah etməkdə çətinlik çəkdiyi üçün təsadüfən rastlaşdığı Mehdi Zeynalova mobil telefonu verərək ondan kömək istəyib. O, isə əvəzində qadının telefonunu ələ keçirərək hadisə yerindən qaçıb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanılan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri