18 
Mar
2020
10:26
207
29
2013
Virtual karabakh

Bakıda hamilə arvadını bıçaqlayan şəxs məhkəmə qarşısına çıxarılır

18 Mar, 2020
10:26
2013

Bakıda hamilə arvadını bıçaqlayan şəxs məhkəmə qarşısına çıxarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda hamilə arvadına 19 bıçaq zərbəsi vurmaqda təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Oxu.Az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü qəsəbə sakini Günay Məmmədovaya ailə münaqişəsi zəminində həyat yoldaşı Xəyal Məmmədov tərəfindən 19 bıçaq zərbəsi endirilib. Qadın xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.

Bildirilib ki, G.Məmmədovanın həyat yoldaşı onun doğma əmisi oğludur. Cütlüyün 4 övladı var.
X.Məmmədova qarşı Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri