18 
Mar
2020
13:12
15
139
2275
Virtual karabakh

Bakıda tikinti şirkəti mühafizəçisinin boğazına bıçaq dayayıb pulunu aldılar

18 Mar, 2020
13:12
2275

Bakıda tikinti şirkəti mühafizəçisinin boğazına bıçaq dayayıb pulunu aldılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Yasamal rayonunda tikinti şirkətinin mühafizəçisi qarət olunub.

Bu barədə Oxu.Az-a Yasamal rayon Polis Şöbəsindən məlumat daxil olub.

Martın 17-si saat 21:10 radələrində Hüseyn Cavid prospektində “ATKO” Mənzil Tikinti Kompleksinin mühafizəçisi, 1970-ci il təvəllüdlü Abşeron rayon sakini Talıb Fərəcova hücum edilib.

Cinayətkar ondan pul tələb edib və boğazına bıçaq dayayaraq hədələyib. T.Fərəcovun cibində 100 manat olub.

Cinayətkar pulu götürərək oradan uzaqlaşıb.

Zərərçəkən dərhal 27-ci Polis Bölməsinə müraciət edib. Əməliyyatçılar şübhəlinin izinə düşüblər. 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Kərim Axundov tutulub.

Oğurluq faktı ilə bağlı cinayət işi açılıb, istintaq davam edir.

Qeyd edək ki, mart ayının əvvəlindən bəri paytaxtda baş verən beş oğurluq hadisəsindən ikisi aşkarlanıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri