19 
Mar
2020
13:54
166
21
2445
Virtual karabakh

Bakıda 18 evə qənim kəsilən şəxslər tutuldu - FOTO

19 Mar, 2020
13:54
2445

Bakıda 18 evə qənim kəsilən şəxslər tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Hövsan və Suraxanı qəsəbələrində evlərdən oğurluq edən şəxslər saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakinləri Samir Abdullayev və Hüseynağa Bağırov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı S.Abdullayevin Hövsan qəsəbəsində 10, H.Bağırovun Suraxanıda səkkiz mənzildən pul, qızıl-zinət, məişət əşyaları, təmir-tikinti alətləri oğurladıqları məlum olub. 

Faktla bağlı saxlanılan şəxslər barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri