20 
Mar
2020
13:23
24
375
6316
Virtual karabakh

Azərbaycanda dəhşət: Ruhi xəstə atasını amansızlıqla qətlə yetirdi - YENİLƏNİB

20 Mar, 2020
13:23
6316

Azərbaycanda dəhşət: Ruhi xəstə atasını amansızlıqla qətlə yetirdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunda oğulun atasını bıçaqlamasının təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, qətl hadisəsi dünən axşam rayonun Mirzəxan kəndində baş verib.

Kənd sakinləri, 1969-cu il təvəllüdlü Mustafayev Namiq Əkbər oğlu atası, 1936-cı il təvəllüdlü Mustafayev Əkbər Kərim oğlu ilə mübahisə edib.

Onların mübahisələri davaya çevrilib. Nəticədə, ruhi xəstə olan N.Mustafayev Ə.Mustafayevin ürəyinə mətbəx bıçağını sancıb.

Ə.Mustafayev xəstəxanaya aparılsa da, həkimlər onun öldüyü bildiriblər.

Hadisəni törədən şəxs saxlanılıb. Onun barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.  

13:14

Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Mirzəxan kəndində qeydə alınıb.

Kənd sakini hələlik şəxsiyyəti məlum olmayan oğul atasını bir bıçaq zərbəsi ilə qətlə yetirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri