30 
Mar
2020
14:13
38
231
5244
Virtual karabakh

Qubada evdən içərisində pul və qızıllar olan seyf oğurlandı - FOTO

30 Mar, 2020
14:13
5244

Qubada evdən içərisində pul və qızıllar olan seyf oğurlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib.

Quba Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən “isti izlərlə” keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraçay kəndi ərazisində yerləşən evlərin birindən içərisində pul və qızıl-zinət əşyaları olan seyf oğurlayan iki şəxs saxlanılıb. 

Araşdırmalarla onların həmin kəndin sakinləri Əli Əliyev və Seyfəlmülk Eldarov olduqları müəyyən edilib.

Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Məlum olub ki, Ə.Əliyev və S.Eldarov hadisənin baş verdiyi evə gecə saatlarında qanunsuz daxil olaraq, oradan içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlayıblar.

Sonra isə əldə etdikləri pulların bir qismi ilə özlərinə üç ədəd mobil telefon, aksesuarlar, elektron qəlyan və geyim əşyaları alıblar.

Onlar pulların digər hissəsini rayon ərazisində yerləşən hotel və iaşə obyektlərində xərcləyiblər. Oğurlanan qızıl-zinət əşyaları və pulların çox hissəsi, eləcə də oğurluq zamanı istifadə edilmiş bir ədəd balta polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Hadisə ilə bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlayıb. Faktla bağlı araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri