Apr
2020
13:59
44
255
8942
Virtual karabakh

Bakıda karantində olan qadın birgə yaşadığı kişini bıçaqladı

1 Apr, 2020
13:59
8942

Bakıda karantində olan qadın birgə yaşadığı kişini bıçaqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Binəqədi rayonunda karantinlə əlaqədar uzun müddətdir bir mənzildə yaşayan şəxslər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Bu barədə Oxu.Az-a rayon polis şöbəsindən məlumat verilib.

Martın 31-də, saat 22:00 radələrində Göyçay rayon sakini Orxan Əhmədov (1995-ci il təvəllüdlü) döş nahiyəsinə nüfuz edən bıçaq yarası ilə 1 nömrəli Kliniki Tibbi Mərkəzə (Semaşko) gətirilib.

Məlum olub ki, Orxan Əhmədov birgə yaşadığı Bərdə rayon sakini Samirə Süleymanova (1981-ci il təvəllüdlü) tərəfindən bıçaqlanıb. Cinayət hadisəsi cütlüyün Binəqədi qəsəbəsində kirayələdiyi evdə baş verib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayaraq məsuliyyətə cəlb ediblər. Cinayətin səbəbləri araşdırılır. İlkin məlumat əsasən, hadisə məişət zəminində baş verib.

Həkimlər bıçaqlanan şəxsin vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri