Apr
2020
18:40
502
63
4604
Virtual karabakh

Yasamalda xüsusi karantin rejimi qaydalarını pozan internet klubunun sahibi cərimələndi - VİDEO

Xüsusi karantin rejimi ilə əlaqədar olaraq ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq, bəzi sahibkarların bu qaydalara əməl etməkdən yayınması hallarına təəssüf ki, hələ də rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı Yasamal rayonu R.Tağıyev və D.Bünyadzadə küçələrinin kəsişməsində fəaliyyət göstərən internet klub aşkar edilib.

Həmin obyektə baxış zamanı azyaşlı və yetkinlik yaşına çatmayanların kütələvi şəkildə xüsusi karantin qaydalarına zidd olaraq oyun zalında olduqları müəyyənləşdirilib. 

İnternet klubunun sahibi paytaxt sakini Mehman Cabbarlı barəsində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə edilib. Obyektdə olan azyaşlılar və yetkinlik yaşına çatmayanlar isə polis əməkdaşları tərəfiindən ailələrinə təhvil verilərək onların valideynlərinə xəbərdarlıq edilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri