Apr
2020
12:31
152
168
8846
Virtual karabakh

Bakıda narkotikin yüksək həddə qəbulu faciə ilə nəticələndi: Kişi öldü, qız komadadır

2 Apr, 2020
12:31
8846

Bakıda narkotikin yüksək həddə qəbulu faciə ilə nəticələndi: Kişi öldü, qız komadadır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Bakıda daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik maddələrin həddən artıq qəbulu ilə bağlı iki fakt qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Suraxanı rayonunun eyni adlı qəsəbəsində aprelin 1-də saat 17:00 radələrində 1976-cı il təvəllüdlü Niftalı Yaxşiyev narkotiki yüksək dozada qəbul edərək ölüb. Hazırda bu faktla bağlı araşdırma aparılır.

Elə həmin gün Nərimanov rayonunda kirayə yaşayan 26 yaşlı İsmayıllı rayon sakini J.Şixiyeva metadonun həddindən artıq qəbulundan zəhərlənib. Komada olan qız xəstəxanaya aparılıb. Qeyd edilən rayonun 17-ci Polis Bölməsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırırlar.

Qeyd edək ki, paytaxtda polis əməkdaşları narkotik satışı ilə bağlı bir faktı aşkarlayıblar. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Bəxtiyar Məlikovu saxlayıblar, onun üzərində üç kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilib. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mart ayında paytaxt polisinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 132 fakt aşkarlayıblar. 

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri