Apr
2020
11:53
195
54
6070
Virtual karabakh

Bakıda karantin rejimini pozan şəxsin narkotacir olduğu ortaya çıxdı

4 Apr, 2020
11:53
6070

Bakıda karantin rejimini pozan şəxsin narkotacir olduğu ortaya çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai Rayon Polis İdarəsinin əməkdaşları karantin rejimini pozduğu üçün küçədə saxlanılan adamın narkotik satıcısı olduğunu müəyyən ediblər.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından xəbər verilib.

Məlumata görə, aprelin 3-də hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəllər odlu silah saxlamaq və oğurluq etməkdə məhkum olunmuş Lənkəran rayon sakini (1990-cı il təvəllüdlü) Murad Əliyevi saxlayıb.

İlkin araşdırma zamanı gəncin narkotik ticarəti ilə məşğul olduğu müəyyən edilib. Axtarış zamanı M.Əliyevin üzərində 54.042 qram metamfetamin, 41.345 qram heroin və 6.020 qram həşiş aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb, güclü narkotik və psixotrop maddələrin yayılması ilə məşğul olan şəxslərin dairəsi müəyyənləşdirilir.

Qeyd edək ki, ötən gün paytaxtda polis bölmələrinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli üç cinayətin üstünü açıblar.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri