Apr
2020
12:17
250
37
2227
Virtual karabakh

Binəqədi sakinindən beş kiloqramdan artıq heroin müsadirə edilib

4 Apr, 2020
12:17
2227

Binəqədi sakinindən beş kiloqramdan artıq heroin müsadirə edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri nəticəsində beş kiloqramdan artıq narkotik vasitə - heroin müsadirə edilib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Əməliyyatçılar əvvəllər narkotik saxlamaqda ittiham olunan Binəqədi qəsəbəsinin sakini - 1977-ci il təvəllüdlü Elman Əliyevi saxlayıblar. Axtarış zamanı onun üzərində 20.632 qram heroin aşkarlanıb.

Evdə aparılan axtarış zamanı polislər satış üçün nəzərdə tutulan beş kiloqramdan artıq heroin taparaq müsadirə edib.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri