Apr
2020
09:16
15
172
2987
Virtual karabakh

Zaqatalada 24 yaşlı gənc bıçaqlandı

6 Apr, 2020
09:16
2987

Zaqatalada 24 yaşlı gənc bıçaqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatala rayonunda 24 yaşlı gənc bıçaqlanıb.

APA-nın məlumatına görə, bu gün axşam saatlarında rayonun Car kənd sakini, 1996-cı il təvəllüdlü İsmayıl Məhəmməd oğlu Musayev bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsində İ.Musayevin yaşadığı kəndin ərazisində bıçaqlandığı məlum olub. Yaralı dərhal cərrahiyyə əməliyyatına götürülüb.

İ.Musayevi bıçaqlayan şəxsin hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri