Apr
2020
14:12
199
43
5269
Virtual karabakh

Balakəndə civə alverçiləri tutuldu - FOTO

7 Apr, 2020
14:12
5269

Balakəndə civə alverçiləri tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakən rayonunda polis civə alverçilərinə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində civə satışı ilə məşğul olan şəxslər tutulub.

Daxil olmuş məlumat əsasında 22 yaşlı Balakən rayonu, Qullar kənd sakini Turan Süleymanov və şəhər sakini, 21 yaşlı Toğrul Səmədli şübhəli şəxs qismində saxlanılıblar. 

T.Süleymanovun üzərindən axtarış zamanı bir ədəd şüşə qabda 59,4 qram metallik civə aşkar edilib. Toğrul Səmədlinin ətrafında davam etdirilən tədbirlərlə onun yaşadığı ünvanda və Talalar kəndində bibisinin evində civə saxlaması müəyyən edilib. Həmin yerlərə baxış keçirilən zaman  ümumi çəkisi 473,1 qram metal parıltısına malik civə aşkar olunaraq götürülüb.

İstintaq zamanı müəyyən edilib ki, T.Səmədli həmin civəni ötən ilin dekabr ayında Məhəmməd Mustafayevlə qabaqcadan əlbir olub, tanışları - Balakən rayon sakini Nizami Quliyevin evindən oğurlayıblar.

Həmin tədbirlərin davamı olaraq, Balakən RPŞ-nin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş, rayonun Qullar kənd sakini Nizami Quliyev və cinayət əməlində iştirakı olan digər şəxslər də saxlanılıb. N.Quliyevin yaşadığı evə baxış keçirilən zaman 501,2 qram civə aşkarlanıb. 

Faktla bağlı Balakən RPŞ-nin İstintaq bölməsində cinayət işinə başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, civə güclü təsir edən və zəhərli maddələr kimi təsnif edilir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240-cı maddəsinə əsasən, civə və bu qəbildən olan digər maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi cinayət məsuliyyətinə səbəb olur.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri