Apr
2020
11:28
176
42
2939
Virtual karabakh

Balakəndə quldurluq edən şəxs saxlanıldı - FOTO

Balakən Rayon Polis Şöbəsinə (RPŞ) şəhər ərazisində yerləşən şərab evlərinin birində quldurluq hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumat görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.

Bir nəfər naməlum şəxsin mağazaya daxil olaraq, satıcıya balta ilə hədə-qorxu gəldikdən sonra ondan spirtli içki tələb etdiyi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törədən şəxsin Balakən şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 60 yaşlı Hikmət Mansurov olduğu müəyyən olunub.

O, şübhəli şəxs qismində saxlanılıb. H.Mansurov cinayəti sərxoş vəziyyətdə törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri