Apr
2020
10:51
135
18
4022
Virtual karabakh

Azərbaycanda külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq məmur məhkəmə qarşısında

Külli miqdarda mənimsəmədə təqsirləndirilən "Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Şüeyib Aslanov barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. 

Oxu.Az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş hakim Telman Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq. 

Qeyd edək ki, bundan əvvəl “Bakı Lift Təmir-2” İstehsalat Birliyinin sabiq rəisi Ruslan Dilanov, “Lifttəmir” İstehsalat Birliyində (İB) müxtəlif vəzifələrdə çalışmış Əhməd Hüseynov və “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Taryel Qasımovun barələrində də cinayət işi açılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri