Apr
2020
18:12
223
267
4455
Virtual karabakh

Bir gündə 20 oğurluq: Bakıda mağazanın pəncərəsindən 100 manatlıq ət oğurlandı

8 Apr, 2020
18:12
4455

Bir gündə 20 oğurluq: Bakıda mağazanın pəncərəsindən 100 manatlıq ət oğurlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda xüsusi karantin rejiminin tətbiq olunması ilə oğurluq hallarının sayı xeyli azalıb. Hər gün paytaxtın polis bölmələri 20-yə yaxın fərdi və dövlət əmlakı oğurluğunu qeydə alır. Əvvəllər bu rəqəm təxminən 45-50 olurdu.

Yasamal rayonunda istixana təsərrüfatları quraşdıran “Geotermal Agro” şirkətinə məxsus avtomobildən 7300 ABŞ dolları oğurlanıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Oğurluq Hüseyn Cavid prospektində şirkət sahibi Rasim Əliyevə məxsus BMW markalı avtomobildən edilib. 28-ci Polis Bölməsinə şikayət edən sahibkar oğrunun pulu maşının açıq yan pəncərəsindən oğurladığını iddia edib.

Hazırda bu faktla bağlı araşdırma aparılır, hələlik həbs olunanlar yoxdur.

Eyni ərazidə aprelin 6-da naməlum şəxs mağazanın nəfəsliyindən səkkiz kiloqram mal ətini oğurlayıb.

İsmayıl Qutqaşınlı küçəsində 1958-ci il təvəllüdlü Mami Adışova məxsus mağazaya pəncərədən girən oğru eyni şəkildə oranı tərk edib. Oğurluq nəticəsində zərərçəkmişə 100 manat məbləğində ziyan dəyib.

Nizami rayonunda naməlum şəxslər 1960-cı il təvəllüdlü Xaqani Kərimova məxsus “Topaz” ofisini qarət ediblər. Oğrular pəncərədən içəri daxil olaraq 46 manat pul, ümumi dəyəri 6000 manat olan üç televizor və kompüter oğurlayıblar.

Yeni Suraxanı qəsəbəsində 1963-cü il təvəllüdlü Ağami İlyasovun evinin həyətindən 20 toyuq oğurlanıb. Bundan əlavə, naməlum şəxs 450 manat dəyərində avtomobil hissələrini də aparıb.

Bu faktların hamısı araşdırılır. 

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri