Apr
2020
13:14
53
222
3439
Virtual karabakh

Bakıda kişi narkotiklə tutuldu: Evindən silah çıxdı - FOTO

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvəllər məhkum olunmuş Cavid Əliyev saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman 1,192 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. 

Keçirilən əlavə əməliyyat tədbirləri zamanı C.Əliyevin yaşadığı ünvanda odlu silah-sursat gizlətməsi də müəyyən edilib. Hal şahidlərinin iştirakı ilə onun Zabrat qəsəbəsində yerləşən mənzilinə baxış zaman bir ədəd “Naqan” sistemli tapança və həmin silaha aid dörd ədəd patron aşkar olunaraq götürülüb.

C.Əliyev ifadəsində həmin silah-sursatın ona 2010-cu ildə dünyasını dəyişən atasından qaldığını və polisə təhvil verməyərək, qanunsuz olaraq gizlətdiyini bildirib. 

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri