Apr
2020
23:39
28
233
2252
Virtual karabakh

Zaqatala sakininin üzərindən və avtomobilindən narkotik vasitə aşkarlandı - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 39 yaşlı Zaqatala şəhər sakini Vüqar Çobanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan bir ədəd kibrit qutusunda yeddi qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.

V.Çobanovun idarə etdiyi “VAZ-2109” markalı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsindən bir ədəd sellofan torbada 460 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri