Apr
2020
17:19
43
183
2916
Virtual karabakh

Bakıda karantin qaydalarını pozan keçmiş məhkum özünə xəsarət yetirdi

9 Apr, 2020
17:19
2916

Bakıda karantin qaydalarını pozan keçmiş məhkum özünə xəsarət yetirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Yasamal rayonunda xüsusi karantin rejimi qaydalarını pozan şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, əvvəllər Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlbetmə) maddəsi ilə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Neftçala rayon sakini Fizuli Əliyev polisin qanuni tələblərinə tabesizlik göstərərək, xüsusi karantin rejimi qaydalarını pozub və üzərində gəzdirdiyi kəsici alətlə özünə xəsarət yetirib.

Yasamal Rayon Polis İdarəsində F.Əliyev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Rayon məhkəməsinin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 20 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri