10 
Apr
2020
11:46
78
121
2969
Virtual karabakh

Masallıda saxta sənədlə karantin qaydalarını pozan şəxs tutuldu - VİDEO

10 Apr, 2020
11:46
2969

Masallıda saxta sənədlə karantin qaydalarını pozan şəxs tutuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallıda dövlət qurumlarından birində mütəxəssis kimi işləməsi barədə saxta vəsiqə hazırlayaraq, karantin qaydalarını pozmağa cəhd edən rayon sakini saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilir ki, Masallı rayonunun Yeni Zuvand kənd sakini Elvin Muradov xüsusi karantin rejiminin tələblərinə əsasən, şəhər ərazisində saxlanılan zaman Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işlədiyini bildirib.

Araşdırmalarla məlum olub ki, E.Muradov sərbəst hərəkət etmək üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsində mütəxəssis işləməsi barədə saxta vəsiqə hazırlayıb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri