19 
May
2020
12:29
59
39
5216
Virtual karabakh

“Şəhərdə bir az gəzdim, fırlandım, gəldim, təslim oldum” - VİDEO

19 May, 2020
12:29
5216

“Şəhərdə bir az gəzdim, fırlandım, gəldim, təslim oldum” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Birinci cinayətimdə də özüm təslim olmuşdum, ikincidə də. Qaçmağın mənası yoxdur”.

Bunu Bakının “Kubinka” məhəlləsində dünyaya gələn Səməd Səmədov ARB TV-nin “Rezonans” proqramında öz həyat hekayəsini danışarkən deyib.

O bildirib ki, birinci cinayətini yeniyetmə yaşlarında törədib:

“Öldürdüyüm şəxs bacımın sinif yoldaşı idi. Gənclik illərim idi,  bacımgilin məktəbinə getdim. Əmək təlimi dərsi idi. Çağırdım oğlanı, çıxardım bayıra, vurdum.

İkinci cinayətim bağda oldu. Qonşularımla, yaxın uşaqlarla yığışıb bağa getdik. Alış-veriş edib bağa yeyib-içməyə gəldik. Bir nəfər də məclisimizə gəldi. Onun məclisdəki bir nəfərlə mübahisəsi yarandı.

Mən də bunu çölə çıxarıb apardım ki, yola salam. İçkili idi, getmək istəmirdi, söyüş söyürdü. Heç söyüşlərinə baxmadım, bildim ki, içkilidir. Dedim, eybi yox, sabah ayılar, söhbət edərik. Birdən o, mənə bıçaq çıxardı. Hər şey bir anda baş verdi. Bir də ayıldım ki, qonaqlar məni onun üstündən qaldırırlar. Onu yerə yıxmışdım”.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri