20 
May
2020
11:01
12
106
2101
Virtual karabakh

Balakəndə kişi 30 nəfəri aldadaraq, pullarını ələ keçirdi

20 May, 2020
11:01
2101

Balakəndə kişi 30 nəfəri aldadaraq, pullarını ələ keçirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakən rayonunda dələduzluq hadisəsi qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Belə ki, 30 nəfər polisə müraciət edərək, rayonun Talalar kənd sakini Fərhad Məmmədovun onları aldatdığını, pullarını aldığını bildirib. 

Sakinlər müraciətləri zamanı qeyd ediblər ki, F.Məmmədov onları aldadaraq, ucuz qiymətə onlara iribuynuzlu cins heyvan verəcəyini deyib.

O, Bakıda şəxs və ya şəxslərlə əlbir olaraq bir neçə dəfə heyvan gətirilsə də, sonradan aldığı pul müqabilində sakinlərə heyvan gətirilməyib.

Zərərçəkənlər rayonun Hənifə, Kortala və Qazma kənd sakinləridir.

Hazırda məsələ barədə Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri