27 
May
2020
12:45
170
71
1739
Virtual karabakh

DİN-dən əməliyyat: Şəkidə bir tona yaxın çətənə kolu məhv edildi - VİDEO

27 May, 2020
12:45
1739

DİN-dən əməliyyat: Şəkidə bir tona yaxın çətənə kolu məhv edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Baş Göynük kəndi ərazisində ümumi çəkisi 936 kq yabanı halda bitən 6234 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilib. 

Çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri