28 
May
2020
11:40
13
154
2700
Virtual karabakh

Qubada avtomobil yandı - FOTO/VİDEO

28 May, 2020
11:40
2700

Qubada avtomobil yandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada avtomobil yanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, mayın 27-də rayon ərazisində İkinci Nügədi kənd sakini Rasim Orucova məxsus “VAZ 2107” markalı avtomobildə anidən yanğın baş verib.  

Baş verən yanğın hadisəsinə ərazidə xidmət aparan Quba RPŞ-nin əməkdaşları operativ reaksiya verərək, alovun qarşısının alınması üçün bütün zəruri tədbirləri həyata keçiriblər. 

Şöbə əməkdaşları dərhal xidməti avtomobillərindəki yanğınsöndürmə balonlarından, eləcə də sudan istifadə edərək yanğının qarşısını vaxtında alıblar. Daha sonra təhlükəsizlik tədbirləri həyata keçirilərək, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları dəvət olunub. 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri