28 
May
2020
12:46
31
252
5057
Virtual karabakh

Polis tərəfindən saxlanılarkən özünə xəsarət yetirən Xaçmaz sakini xəstəxanada öldü

28 May, 2020
12:46
5057

Polis tərəfindən saxlanılarkən özünə xəsarət yetirən Xaçmaz sakini xəstəxanada öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mayın 27-də Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Mirəli Aydəmirovdan narkotik maddə olan heroin və metamfetamin götürülüb”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Report-a açıqlamasında bildirib ki, saxlanılan şəxs polisdən yayınmaq məqsədilə özünü yerə çırpıb, baş və bədənini yerə vurub. 

DİN rəsmisi qeyd edib ki, nəticədə M.Aydəmirov müxtəlif bədən xəsarətləri alıb. 

E.Zahidov deyib ki, o, dərhal polis əməkdaşları tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb:

“Həkimlərin səyinə baxmayaraq, Mirəli Aydəmirovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib. Hazırda faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır”.  

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri