28 
May
2020
13:30
28
177
4084
Virtual karabakh

Bakı sakininin evindən külli miqdarda pul oğurlandı

28 May, 2020
13:30
4084

Bakı sakininin evindən külli miqdarda pul oğurlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nizami rayonunda mənzildən oğurluq edilib.

Bu barədə Oxu.Az-a ərazi üzrə Polis Şöbəsindən məlumat verilib.

Naməlum şəxslər Elşən Süleymanov küçəsində yaşayan 1989-cu il təvəllüdlü iş adamı Rüstəm Gülmalıyevin evindən 52 000 ABŞ dolları (88 400 manat) oğurlayıblar. Zərərçəkmişin dediyinə görə, qarətçilər evə zirzəminin pəncərəsindən giriblər.

R.Gülmalıyev mayın 26-dan 27-dək evdə olmadığını deyib. Oğurluq bu müddətdə edilib.

Hazırda polis əməkdaşları tərəfindən fakt araşdırılır. Şübhəlilərin şəxsiyyəti hələ müəyyən edilməyib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, son bir gündə paytaxtda 30 oğurluq faktı qeydə alınıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri