30 
May
2020
09:46
155
29
2082
Virtual karabakh

Bakı polisi əməliyyat keçirdi, keçmiş məhkumlar narkotiklə yaxalandı

30 May, 2020
09:46
2082

Bakı polisi əməliyyat keçirdi, keçmiş məhkumlar narkotiklə yaxalandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Trend-in məlumatına görə, Xətai rayon Polis İdarəsinin Post-Patrul Xidməti və 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 128-ci maddəsilə məhkum olunmuş, 1985-ci il təvəllüdlü Azər Məmmədov saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən 0,472 qram heroin aşkar edilərək götürülüb.

Daxil olan əməliyyat məlumatı əsasında Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları rayon ərazisində keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsilə məhkum olunmuş 1980-ci il təvəllüdlü Əfqan Ağayevi və 1985-ci il təvəllüdlü Həmid Meybullayevi saxlayıblar.

Onların üzərlərinə baxış keçirilərkən Ə.Ağayevdən 15, 530 qram, H.Meybullayevdən isə 0,168 qram heroin aşkar edilərək götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri