31 
May
2020
14:29
52
128
1598
Virtual karabakh

Goranboyda sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb

Goranboyda polis əməkdaşları tərəfindən sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi sanitar-karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.

RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Dəliməmmədli şəhərində Sərxan Mustafayevin icarəyə götürdüyü “Göyçə” kafesinin çay evi hissəsinin müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyini müəyyən ediblər. Bundan başqa, çay evinə baxış zamanı müştərilərin sosial məsafəni gözləmədiyi, tibbi maskalardan da istifadə etmədikləri və Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qadağan edilən qəlyandan itifadə edilməsi də aşkar edilib. Obyektdə olan ümumilikdə beş nəfər saxlanılaraq, RPŞ-yə gətiriliblər.

Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunub və onlar ciddi cərimə ediliblər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri