İyn
2020
10:44
30
323
14220
Virtual karabakh

Azərbaycanda ana və qızı amansızlıqla qətlə yetirildi - YENİLƏNİB + FOTO

Bərdə rayonu Alaçadırlı kəndi ərazisində iki şəxsi silahla qətlə yetirməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.

Bu barədə Oxu.Az-a Bərdə Rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, iyunun 1-də gecə saat 04:00 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində iki şəxsin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

İlkin araşdırmalarla həmin gün saat 03:00 radələrində Alaçadırlı kəndində yaşayan Toğrul Zeynallının yaşadığı evdə qısqanclıq zəminində tüfəngdən atəş açmaqla anası Nəzirə Zeynalovanı, daha sonra yaşadıqları evdən təxminən 200 metr aralıda isə bacısı Əminə Zeynalovanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən Toğrul Zeynallının tutularaq istintaqa cəlb olunması, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.  

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

09:23

Bərdə rayonunda dəhşətli qətl hadisəsini törədən şəxslə bağlı iddia irəli sürülüb.

Oxu.Az-ın məlumatına görə, qadının və qızının oğul - Zeynallı Toğrul tərəfindən öldürülməsi ehtimal edilir.

08:41

Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb

Şəxsiyyətləri məlum olmayan ana və qızı ov tüfəngi ilə qətlə yetirilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri