İyn
2020
10:47
116
23
3811
Virtual karabakh

İş yerində çətənə kolu becərən şəxs tutuldu - FOTO

1 İyn, 2020
10:47
3811

İş yerində çətənə kolu becərən şəxs tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmazda iş yerində narkotik becərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayon sakini, 27 yaşlı Mircavad Ağayevin rayon ərazisində çalışdığı daş karxanasının ərazisində narkotik maddələrin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində M.Ağayev saxlanılıb. Onun mühafizəçi kimi çalışdığı karxana ərazisinə keçirilən baxış zamanı oradan 41 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolu aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı M.Ağayev çətənə kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirib. 

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri