İyn
2020
14:20
51
169
4021
Virtual karabakh

Bakı sakini yaşayış binasının zirzəmisində çətənə kolları əkdi

Son 24 saat ərzində Bakıda daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı səkkiz fakt qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Ümumilikdə, may ayında paytaxtda 143 oxşar cinayət faktı aşkarlanıb ki, bu da cari ilin əvvəlki ayları üzrə analoji göstəriciləri üstələyir.

Belə ki, Bakıda narkotiklərlə bağlı aprel ayında 75, martda 132, fevralda 135, yanvarda 127 cinayət faktı qeydə alınıb.

Binəqədi rayonunda, 1-ci Mədən qəsəbəsinin eyniadlı küçəsində yerləşən 96 nömrəli yaşayış evinin sakini, əvvəllər məhkum olunmuş 1957-ci il təvəllüdlü Rafael adlı şəxs binanın zirzəmisində çətənə əkib.

Görülən tədbirlər nəticəsində Rayon Polis İdarəsinin əməliyyatçıları həmin şəxsdən ümumi çəkisi 3 kq 350 q olan narkotik tərkibli bitkinin 27 kolunu, 10 qram toxum və 250 qram qurudulmuş marixuana götürüblər.

Həmin idarənin cinayət axtarış bölmələrinin əməliyyatçıları paytaxtın başqa sakini, 1983-cü il təvəllüdlü Elmar Əliyevi də saxlayaraq, ondan 1 kq heroin, 0,48 qram marixuana, 0,508 qram tiryək və 0,629 qram psixotrop vasitə olan metamfetamin götürüblər.

Polislər saxlanılan şəxsin Nəsimi rayonu ərazisində işlədiyi mebel emalatxanasında E.Əliyevə məxsus, narkotik satmaq üçün istifadə etdiyi elektron tərəzini ələ keçiriblər.

Bildirək ki, güclü təsirə malik narkotik maddələrin qanunsuz dövriyyəsi faktları paytaxtın Sabunçu və Suraxanı rayonlarında da qeydə alınıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri