İyn
2020
10:12
130
18
1817
Virtual karabakh

Dirrikdə narkotik becərən Balakən sakini tutuldu - FOTO/VİDEO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq, məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mahamalar kənd sakini, 44 yaşlı Abdulla Babayev şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman dirrikdə, digər bitkilərin arasında xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi səkkiz və kökündən çıxararaq kənara atdığı 29 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri