İyn
2020
12:18
107
14
1744
Virtual karabakh

Mingəçevirdə silsilə oğurluq edən keçmiş məhkum yaxalandı - FOTO

3 İyn, 2020
12:18
1744

Mingəçevirdə silsilə oğurluq edən keçmiş məhkum yaxalandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir Şəhər Polis Şöbəsinə daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı şəxslərə məxsus “VAZ-2111” və “VAZ- 2102” markalı avtomobilləri qaçırmaqda, bir avtomobildən noutbuk, təmir alətləri çantası, altı nəfərə məxsus həyətyanı sahədən isə velosiped oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Elmin Rüstəmov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, onun yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar edilib. 

E.Rüstəmov oğurladığı velosipedlərin bir neçəsini satıb. Ondan noutbuk və bir neçə velosiped maddi sübut kimi götürülüb. Qaçırdığı avtomobillər isə yaşadığı evin yaxınlığında aşkar edilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində E.Rüstəmov barəsində cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri