İyn
2020
13:16
28
91
2914
Virtual karabakh

Xose Bernardo və qardaşını bıçaqlayan şəxsin məhkəməsinin vaxtı təyin olundu

3 İyn, 2020
13:16
2914

Xose Bernardo və qardaşını bıçaqlayan şəxsin məhkəməsinin vaxtı təyin olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış teleaparıcı Xose Bernardo və qardaşını bıçaqlamaqda təqsirləndirilən Abutalıb Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

APA xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 16-na təyin edilib. 

Qeyd edək ki, hadisə ötən il Pirallahı rayonunda qeydə alınıb.

A.Hüseynov münaqişə zəminində 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviçi və onun qardaşı 1982-ci il təvəllüdlü Rafael Hüseynovu bıçaqlayıb.

Yaralılar hadisədən sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xatırladaq ki, atası Kubadan olan, lakin Azərbaycanda doğulmuş Xose Bernardo televiziya fəaliyyətinə ANS-in idman xəbərlərində aparıcılıq etməklə başlayıb. O, “Planet Parni iz Baku” KVN teatrında da epizodik rollar alıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri