İyn
2020
13:08
110
14
2061
Virtual karabakh

Polis Bakıda ər-arvada hücum etməkdə şübhəli bilinənlərin izinə düşdü

3 İyn, 2020
13:08
2061

Polis Bakıda ər-arvada hücum etməkdə şübhəli bilinənlərin izinə düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Binəqədi Rayonu Polis İdarəsinin əməkdaşları mayın 26-sı gecə saatlarında ər-arvada hücum edərək, onların pulunu oğurlamaqda şübhəli bilinənlərin kimliyini müəyyənləşdirib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Qeyd edək ki, üç naməlum şəxs pəncərədən 1992-ci il təvəllüdlü Binəqədi qəsəbə sakini Babək Fətullayevin evinə daxil olub. Onlar yatan ər-arvada hücum edərək, 1994-cü il təvəllüdlü Fatimə Fətullayevanın ayaqlarını yapışqan lentlə, onun ərinin əl-qolunu isə ayaqqabı bağı ilə bağlayıblar. Bundan sonra həmin şəxslər qurbanlarını döyüb və evdən 2700 manatı götürərək qaçıblar.

Məlum olub ki, hadisəni 1979-cu il təvəllüdlü Şabran rayon sakini Taleh Qurbanov və Nurlan adlı şəxs törədib. T.Qurbanov bundan əvvəl soyğunçuluq, odlu silah saxlanılması və narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.

Hazırda əməliyyat axtarış qrupu cinayətkarların tutulması istiqamətində işləyir.

Ramella İbrahimxəlilova

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri